Səngəçalda qaz xəttində daha bir partlayış – FOTO + VİDEO

0
177

Bakının Qaradağ rayonunun Səngəçal qəsəbəsi ərazisində qaz xəttində yenidən partlayış olub.

AzadFikir.Az-ın Oxu.az-a istinadən məlumatına görə,  bu barədə Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlı öz Facebook səhifəsində məlumat verib.

Məlumata əsasən, hadisə saat 20:40-da baş verib.

M.Qəhrəmanlı bildirib ki, qəza bundan öncə partlayış baş verən əraziyə yaxındır.

Xatırladaq ki, dekabrın 27-də Səngəçal qəsəbəsi ərazisində Qaz Emalı Zavodundan Səngəçal Baş Qurğularına gedən, diametri 1000 mm-lik magistral qaz kəmərində partlayış baş vermişdir.

 

Şərhlər

Şərhlər

loading...