Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı bəyənat yaydı

0
152
Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri, iqtisadçı ekspert Qubad İbadoğlu öz “facebook” səhifəsində rayonlarda vətəndaşların sərbəst toplaşma hüququnun məhdudlaşdırılmasına dair Azərbaycan Demokratiya və Rifah Hərəkatının (ADR) bəyanatını paylaşıb.
AzadFikir.com həmin bəyanatı təqdim edir:
11 noyabr 2016-ci ildə ADR Hərəkatının Ağstafa Təşkilat Komitəsi yerli icra hakimiyyətinə rəsmi muraciət edərək, həmin ayın 20-də təsis konfransını keçirmək üçün müvafiq yer istəyib. Bu müraciətə indiyə qədər cavab verilməsə də, yerli fəallara müxtəlif vasitələrlə tədbirin keçirilməsinə dair etiraz bildirilib. Bununla əlaqədar olaraq, ADR Hərəkatı rəhbərliyinin imzası ilə 11 dekabr 2016-cı ildə Agstafa icra hakimiyyətinin adına göndərilən müraciətdən 1 ay ötməsinə baxmayaraq məktub hələ də cavablandırılmayıb.
Baxmayraq ki, Ağstafa icra hakimiyyətinin başçısının müavini Lalə Eyyubova yerli fəallara danışıq apararkən onların Bakıdan göndərilən məktubu aldıqlarını və müzakirə etdiklərini təsdiq edib. Bundan sonra ADR yerli təşkilatının təkrar müraciətinə də şifahi olaraq mənfi cavab verilib, eyni zamanda ADR Hərəkatının fəalları Fəxrəddin Dəlqi və Pərviz Mahmudov şəhər polis şöbəsinə dəvət edilərək, onlara icazəsiz keçiriləcək tədbirin qarşısının alınacağı bildirilib və xəbərdarlıq edilib. Yaranmış durumu müzakirə edən ADR Hərəkatının İdarə Heyəti Agstafa rayon İcra Hakimiyyətinin təşkilatın təsis yığıncağının keçirilməsinə qadağasını rayonda sərbəst toplaşmaq və fikir azadlğına qoyulan məhdudiyyət kimi qiymətləndirərək, bəyan edir ki, onların qanunsuz əməlindən və davranışlarından məhkəməyə müraciət ediləcək.

Şərhlər

Şərhlər

loading...